“Pambıq “ bağçasından dəhşətli görüntülər. Bağçada nələr baş verir?
(25-12-2023, 16:30)


 Baki şəhəri Suraxanı rayonunda yerləşən özəl bağçalardan biri kimi fəaliyyət göstərən, adı kimi bəyaz, təmiz olmayan “Pambıq” uşaq bağçasında hərcməclik və özbaşınalıq, o cümlədən antisanitariya hallarının baş verməsi faktları aşkarlanıb.
Adını qeyd etdiyimiz bağçanın müdrəsi Jasmin xanım və onun rəhbərlik etdiyi bağçada fəaliyyət göstərən digər işçilər qanun prinsiplərinə əməl etmirlər.
“Pambıq” uşaq bağçasında nəinki qanun çərçivəsindən kənar hərəkətlərə yol verilir, hətta uşaqlara tətbiq ediləsi təlim–tərbiyə və onun timsalında inkişaf prosesindən heç söz açıla bilməz.
Bağçanın müdrəsi Jasmin xanımın, xanımlığa layiq olmayan hərəkətlətləri ilə körpələrin yanında tərbiyəçilər və digər işci personalları ilə qışqır-bağırla danışması, etik qaydalardan kənar hərəkətləri bağçadakı uaşaqların həm psixoloji travma almasına, həm də davranış qaydalarının pozulmasına gətirib çıxarır. Hələ bu harasıdır? Bağça müdrəsinin bağçada siqaret çəkərək körpələrin nəfəs aldıqları havanı zəhərləməsi, onun tutduğu məsuliyyətli bu peşəyə layiq olmadığından xəbər verir.
Görəsən“Pambiq” uşaq bağçada tərbiyəçilər evlərinə yeməyi niyə bağçada hazırlayırlar? Bəs həmin vaxt körpələrə kim nəzarət edir? Elə bu səbəbdən də bağçada körpələr nəzarətsiz qaldıqları üçün bir –birilərinə xəsarətlər də yetirirlər. Bu kimi hallar onların güvənli, etibarlı əllərdə olmamasından bəhs edir.
Siz video görüntülərdə, bağçanın mətbəxində eşələnən pişikləri görsəz, həmin anda gözünüzün önünə küçədəki zibil qutularında eşələnən pişiklər gələr.Axı tibbi nəzarətə alınmayan pişiklər bağçada körpələri müxtəlif yoluxucu xəstəliklərə yoluxdura bilər?!



“Pambiq” uşaq bağçasının mətbəxində gigiyena qaydalarına əməl edilməyən digər faktlar da aşkarlanıb.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 35

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930