Şəkidə meşəni məhv edən vəzifəli şəxs barədə nazir Muxtar Babayevə müraciət olundu-ŞİKAYƏT
(19-12-2023, 10:00)










RegionXəbərləricom.az-ın elektron poçtuna Şəki rayon Çələbixan qəsəbəsi, ev 42 ünvanında yaşayan Məmmədov Qaçay Mürşüd oğlu tərəfindən məktub daxil olub. Şəki sakini mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Ekologiya  və Təbii Sərvətlər Naziri Muxtar Babayevə müraciət ünvanlayır.

"Cənab Nazir Şəki Rayon Meşə İdarəsinin işçisi özünü nazirliyin işçisi kimi tanıdan Mustafa Fikrət oğlu “Camışçılıq” meşəsini qırdırıb, satıbdır. Tamamilə meşə pis gündədir, meşəni siyirtdirib Namiq Azandan korrupsiya və rüşvətxorluq əməlləri ilə  8000 manat pul  alıb tütün əkdiribdir. Ekologiyadan  bu yaxınlarda  Mustafanın bir  kamaz odununu metrəsini tutublar. Təxminən 7 gün bundan əvvəl  özü icazə verib rüşvətxorluq   yolu ilə Cavanşir və Ayaz adlı  şəxslərdən 5000 manat da pul alıb. Cavanşir Şəki rayonunun Birinci Biləcikdən, Ayaz Aşağı Göynük kəndindəndir. Onlara və digərlərinə 30 kamaz  palıd odunu satıbdır. Sonradan Cavanşir Ayazgili şərləyib ki, guya özbaşına meşəni qırıblar. Həmin cinayətkar, dələduz, rüşvətxor əməllərini davam etdirən Mustafa Arazı öz yanına çağırıb deyib  ki, adam tap odun sataq, lakin Araz onunla razılaşmayıb. Ona görə  Arazı bir neçə dəfə şərləyib. 

Onu da bildirim ki,  Öyrət  fermasında yaşayanlardan pul alıb,  qeyri-qanuni olaraq heyvanlarına  meşəni otarmaq üçün icazə verib. Atçılıq fermasının müdiri  Əmirxandan pul alıb meşədə heyvanlarını otartdırır, özü qeyri-qanuni  meşədə fermada  tikdirib,         200 baş  qoyun saxlayır, onları da meşədə otarır. Fermadan əlavə  qeyri-qanuni əxlaqsız yuvası yaratdığı  evin içində seyfdə bildiyimə görə 3 ədəd sənədsiz  ov tüfəngi saxlayır, həmçinin qeyri-qanuni çoban saxlayır. Beləliklə, Mustafa meşədə qanunsuz, icazəsiz  dairəvi kanal qazdırıb, orada minlərlə ağacı məhv etdirib, şlaqbanlar qoydurub. 

Onu da bildirim ki, mənə və digərlərinə şər-böhtan atdırır. Bir neçə dəfə də mənə qarşı olan insanlara da zəng vurub ki, Qaçaydan şikayət et, mən özüm Nazirliyin işçisiyəm, Nazirlikdə də mənim adamlarım var, Qaçayı ilişdirəcəm. Mən başa düşə bilmirəm ki, bu cinayətkar, narkotiklə məşğul olan, özü dələduzluq edib, ondan-bundan pul alıb, meşəni qırdırıb tütün əkdirən, qaynatasını və qaynını böhtan ataraq  şərlədiyinə görə 3 il 6 ay həbs olunan  bir cinayətkar  necə ola bilər ki, dövlət işində işləsin? Mən 06 noyabr  2023-cü il tarixdə Meşə İdarəsinin müdirinin qəbulunda olmuşam, Mustafanın meşədə tütün əkdirdiyindən xəbəri olmadığını bildirdi.

Onu da qeyd edim ki, mənim həyatım Mustafa Fikrət oğlu tərəfindən təhlükə altındadır. Onun bu cinayətlərinin üstünü açdığıma görə məni hər an öldürtdürə bilər, cibimə nəşə qoydurar. 

Cənab Nazir, Sizdən xahiş edirəm ki, mənim təhlükəsizliyimi təmin edəsiniz. Bütün bu yazdıqlarımın hamısı aşkar edilməsi üçün beynəlxalq ekspertlər  cəlb olunsun,  cinayətkar  və onu  himayə edənlər cinayət məsuliyyətinə cəlb edilsinlər".

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...














шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 35

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930