Azərbaycanda qoyunların sayı sürətlə azalır – Son 5 ilin statistikası
(19-12-2023, 09:00)
Bu ilin noyabr ayının əvvəlinə olan məlumata görə Azərbaycanda 7 milyon 223,2 min baş qoyun və keçi olub.
dovrunnabzi.az açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, qoyun və keçilərin sayı son bir ildə 8,9% və ya 705,2 min baş azalıb. Belə ki, 2022-ci ilin noyabr ayının əvvəlində ölkədə 7 milyon 928,4 min baş qoyun və keçi olub.
Onu da qeyd edək ki, son 5 ildə qoyun və keçilərin sayında daha kəskin azalama qeydə alınıb. 2019-cu ilin noyabr ayının əvvəli ilə müqayisədə qoyun və keçilərin sayı 14,5% azalıb.
Son 5 ilin noyabr aylarında qeydə alınan qoyun və keçilərin sayı aşağıdakı kimi olub:
- 2019-cu ilin noyabr ayında - 8 milyon 451,9 min baş
- 2020-ci ilin noyabr ayında - 8 milyon 308,6 min baş
- 2021-ci ilin noyabr ayında - 8 milyon 197,3 min baş
- 2022-ci ilin noyabr ayında - 7 milyon 928,4 min baş
- 2023-cü ilin noyabr ayında - 7 milyon 223,2 min baş
Ana səhifəyə qayıt
Oxunub: 62
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
Seçilənlər






