Təmizlik və gözəllik yaradanların fədakar əməyinə hörmət edək
(23-11-2023, 11:00)

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif
Doğma Bakımızı hamımız sevirik və paytaxtımıza təşrif buyurmuş qonaqlar Bakının təmizliyinə təəccüb qalarkən, buna sevinirik. Həqiqətən də Bakının əksər küçələri və meydanları təmizliyi ilə göz oxşayır.Turistlər paytaxtımız barədə təəssüratlarını bölüşərkən elə belə də yazırlar: Bakı – inanılmaz dərəcədə təmiz şəhərdir! Lakin yəqin ki, onların heç də hamısı küləklər şəhəri olan Bakida bu təmizliyi qoruyub saxlamağın nə qədər çətin və əziyyətli olduğundan xəbərdar deyil. Xüsusilə payız aylarında, ağacların yarpaqlarını tokdüyü xəzan fəslində buna nail olmaq ikiqat əmək tələb edir. Amma biz hətta yağışlı havada və Xəzrinin saralmış yarpaqları, siqaret kötüklərini və digər zir- zibili ətrafa səpələdiyi günlərdə belə kücə və meydanları təmizlənmiş görürüksə, bu sehrli çubuğun deyil, zəhmətkeş əllərin sayəsində mümkün olur. Təmizlik imandan gəlir deyirlər. Müxtəlif qurumlar tərəfindən bu istiqamətdə müxtəlif layihələrin həyata keçirilməsi təşkil olunsa da şəhərin təmizliyində əsas ağırlıq və məsuliyyət Mənzil Kommunal Təsərrüfatı Birliklərinin və onların nəzdindəki Mənzil Kommunal İstismar sahələrinin üzərinə düşür. İşinə məsuliyyətlə yanaşan belə qurumlardan biri də 40 saylı MKİS-in əməkdaşlarıdır desək, səhv etmərik. Onların öz işlərinə ürəkdən can yandırması biz sakinləri olduqca məmnun edir. Rəhbərliyin məsuliyyəti, isti kabinetlərdə əyləşıb göstəriş vermək əvəzinə hər zaman işçilərin yanında olması, işlərin gedişinə birbaşa nəzarət etməsi öz bəhrəsini verməkdədir. Belə ki, son dövrlər çoxmərtəbəli binaların həyətlərində aparılan abadlıq -quruculuq işləri sakinləri razı salmaqla yanaşı, xoş mənzərəyə səbəb olub. Sakinlərin əyləşib istirahət etməsi üçün skamyalar, günəş və yağışdan qoruyan köşklər quraşdırılıb, ərazilər yaşıllaşdırılıb, gül-çiçək kolları əkilib. Balaca sakinlər də unudulmayıb. Onlara oyun və idman qurğuları, yelləncəklər hədiyyə edilib.

Nazilə Nəriman
Ana səhifəyə qayıt
Oxunub: 57
Xəbəri paylaş
Xəbər lenti
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər