Əhaliyə xəbərdarlıq... -  Qorxunc yay qripi yayılıb 
 (4-09-2023, 15:00) 
	
Son vaxtlar ''yay qripi''nə yoluxanların sayı artıb.
Həkim-infeksionist Zərintac Hümbətova deyir ki, bu xəstəlik yay qripi kimi tanınan və məhz isti havalarda özünü göstərən qrip növüdür. Adi qripdən fərqli olaraq, yay qripi soyuqdəymədən yox, istivurmadan əmələ gələ bilir.
Həkimin sözlərinə görə, bu qripin əlamətləri adi qrip xəstəliyinə bənzəsə də, bir çox xüsusiyyətinə görə ondan fərqlənir. Həmin xəstəliyin əlamətləri və yaranma səbəbləri də müxtəlifdir.
Mütəxəssis bu xəstəlikdən qorunmaq üçün bəzi tövsiyyələr verib. Qeyd edib ki, xüsusilə bu qrpin müalicəsində antibiotic tərkibli dərman istifadəsi tövsiyə edilmir.
Qeyd edilib ki, hazırda qrip virusunun 2000-dən artıq variantı məlumdur. Növündən asılı olmayaraq qrip ağır forma aldıqda xəstəni evdə saxlamaq onun vəziyyətinin daha da pisləşməsinə səbəb ola bilər. Xəstə qızdırmalı dövründə yataq rejimində qalmalı, vitaminlə zənginləşdirilmiş məhsullar onun əsas qidası olmalıdır.
   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 313
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Seçilənlər
					
  
  







