50 yaşdan sonra ana olanlarla bağlı ŞOK FAKTLAR - Uşaq onların deyil?
(26-06-2023, 14:50)

 
Son vaxtlar yaşı 40-50-ni keçən xanımlar arasında ana olmaq istəyənlərin sayında artım müşahidə edilir. Doğrudur, bu yaşda qadınların övlad dünyaya gətirməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmır, əksər hallarda tənqidlərə tuş gəlir. Buna səbəb olaraq qadınların övlad sahibi olmaq üçün süni mayalanmaya üz tutması əsas gətirilir. Təcrübə göstərir ki, nisbətən yaşlı qadınların övlad dünyaya gətirməsi genetik olaraq problemlidir. Nəticədə çıxış yolu kimi süni mayalanmaya əl atılır.
 
Mövzu ilə bağlı  danışan tanınmış mama-ginekoloq Rəşad Sultan da bu düşüncədədir. Onun sözlərinə görə, 50 yaşdan yuxarı qadınların hamiləliyi süni mayalanmanın nəticəsindədir.
 
“Biz bilirik ki, qadın yumurtalığının rezervi var. Qadınlar əvvəllər 50 yaşdan sonra hamilə ola bilmirdi. Çünki qadın yumurtalığının məhdud rezervi, yəni yumurta ehtiyatı mövcud olur. Həmin ehtiyat  45-50 yaşlarında tükənir. Əslində 43 yaşında biz onu praktiki olaraq tükənmiş hesab edirik.50 yaşında onun həm yumurta ehtiyatı, həm də hormonal ehtiyatı tükənir və klimaksa girir. Amma bu gün başqasından yumurta götürmüklə, yəni süni mayalanma yolu ilə hamiləlik əldə edə bilərik”, - həkim deyib.
 

 
“Qadının yumurtası tükənmiş olsa da, uşaqlığı yerində olduğu üçün həmin uşaqlığa biz rüşeyim qoyub, orda hamiləliyi davam etdirə bilərik. Bununla da yaş məhdudiyyəti olmadan qadın hamilə qala bilir. Bu işin müsbət tərəfi odur ki, yumurtası tükənmiş qadın da övlad sahibi ola bilir. Qadınların hamısı rezerv eyni yaşda tükənmir. Elə qadınlar var ki, müəyyən xəstəlik və əməliyyatlar səbəbilə yumurtası daha tez tükənir. Hazırda 30, 35 yaşında xəstəliklə əlaqədar yumurtası tükənmiş qadınlar da övlad sahibi ola bilirlər. Nəzərə alaq ki, bu gün qadınlar sosial vəziyyətlə əlaqədar daha gec ailə həyatı qurur. Bu da qadına avantaj verir ki, gec ailə qursa da, yumurtlığı tükənmiş olsa da, övlad sahibi ola bilsin. İşin mənfi tərəfi odur ki, yaş keçdikcə qadın orqanizmində bir sıra xəstəliklər yavaş- yavaş özünü göstərməyə başlayır.
 
Məsələn, şəkərli diabetdən tutmuş ürək-damar, dayaq-hərəkət sistemi xəstəliklərinə qədər. Başqa sözlə desək, 30 yaşlı qadın tam olaraq hamiləliyi davam etdirməyə hazırdırsa, 50 yaşdan sonrakı hamiləliklər çox riskli olur. Ona görə də belə tip hamiləlikləri təbliğ etmək lazım deyil. Biz bunu məcburiyyətdən edirik. Əslində biz  təbliğ etməliyik ki, qadınlar işi o yerə gətirib çatdırmasınlar. İrəli yaşdaki hamiləliklərin uşağın sağlamlığı baxımından da riskləri var”, - mama-ginekoloq Rəşad Sultan vurğulayıb.
 

 
Onun sözlərinə görə, süni mayalanma ilə doğulan uşaqlar genetik olaraq ananın öz övladı hesab olunmur.
 
Həkim fikirlərini belə əsaslandırıb: “Bir məsələni də qeyd edim ki, qadın yardımdan istifadə edərək hamilə qaldığı zaman genetik olaraq uşaq bətnində böyümüş olsa da, onun öz uşağı olmur. İşin etik tərəfi odur ki, bir çox insan donor yardımı ilə mayalanmanın əleyhinədir. Hüquqi baxımdan isə onsuz da bilirik ki, bizim ölkəmizdə “Reproduktiv sağlamlıq haqqında” qanun qəbul olunmayıb. Bu baxımdan hüquqda çox boşluqlar var. Donor yardımı ilə süni mayalanmalar edərkən boşluqlar olsa belə, mütləq diqqətli olmaq lazımdır”.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 141

Xəbər lenti