Şəmkir RMX-da bütün tibbi xidmətlər yüksək səviyyədə əhatə olunub - - FOTO
(17-06-2023, 09:30)

 
Bu gün milyonlarla insana həyat və şəfa bəxş edən, onlara həyati təhlükə yarananda ikinci həyat, yenidən sağlamlıq bəxş edən tibb işçilərinin peşə bayramıdır.
Bu münasibətlə yolumuzu Şəmkir Rayon Mərkəzi Xəstəxanasından saldıq. 2021-ci ildən sözügedən tibb müəssisəsinə direktor təyin edilən İsmayılov Emin Maksim oğlu vəzifəsinin öhdəsindən layiqincə gələn həkimdir.
  
Tibb müəssisəsinin təmir və bərpası, burada vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması Şəmkir RMX-da  aparılan islahatların əsas istiqamətlərini təşkil edir.
İndi səhiyyəmizin hər ili, hər ayı irəliləyişlə, yeni-yeni uğurlarla yadda qalır. Ötən bir ilə nəzər salanda deyə bilərik ki, bu dövr Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sosial yönümlü siyasəti, ölkəmizdəki ictimai-siyasi stabillik, iqtisadi inkişaf sayəsində həm bütün Vətənimiz üçün, həm də ölkə səhiyyəsi üçün uğurlu il olub. Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanır. Səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir.
 Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir.Ömürlərə ömür calamaq, ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. Elə bu nəcib peşələrinə görə tibb işçiləri hər cür hörmət və ehtirama layiqdirlər.
17 İyun-Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının direktoru Emin həkim başda olmaqla, bütün tibb heyətini səmimi qəlbdən təbrik edir, bu çətin, şərəfli və nəcib işlərində onlara uğurlar arzulayırıq.

Mənzər Qurbanova,
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 155

Xəbər lenti