`Bakı Sağlamlıq Mərkəzi` ÖLÜM MƏRKƏZİNƏ ÇEVRLİB... - İTTİHAM VAR!  
 (12-06-2023, 11:30) 
	
“Bakı Sağlamlıq Mərkəzi” (qısaca – BSM) icbari tibbi sığortası olan xəstələri öz taleyi ilə baş-başa buraxır.
Sözügedən sığorta vasitəsilə BSM-də müalicə alan xəstələr arasında ölüm halları artıb. Xəstəxanada baş verən ölüm hallarının əksəriyyəti də elə bu xəstələrin payına düşür.
Adının açıqlanmasını istəməyən xəstələr tərəfindən saytımıza verilən məlumata görə, gecə növbəsinə qalan həkimlər də sığortalı xəstələrlə maraqlanmır.
“Sığortalı xəstələrin şöbəsinə gecə növbəsi üçün həkim təyin olunmur. Xəstəxanada reanimasiya üçün 5.000 manat depozit tələb olunduğuna görə xəstəxana sığortalı xəstələri kritik vəziyyətlərdə reanimasiyaya qaldırmağa həvəsli deyil. Çünki, sığorta şirkətləri o pulu xəstəxanaya depozit olaraq ödəmir. Buna görə də digər şöbələrlə müqayisədə sığortalı xəstələrin şöbəsində ölüm halları çox olur. Hətta həmin şöbədə bir gecə içində iki nəfər rəhmətə gedib”, - deyə şikayətçi bildirib.
   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 196
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Seçilənlər
					
  
  







