Naxçıvan Səhiyyə Nazirliyinə aparat rəhbəri təyin edildi
(30-05-2023, 14:00)

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə aparat rəhbəri təyin olunub.
Bununla bağlı muxtar respublikanın səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, həmin vəzifəyə Məmmədov Vüsal Ələkbər oğlu təyinat alıb.
Qeyd edək ki, Vüsal Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi PHŞ-nin İcbari tibbi sığorta işinin təşkili və qeydiyyatı şöbəsinin müdiri, "Naxçıvansığorta" ASC-nin İdarəyə Heyətinin üzvü, Naxçıvan Gənclər və İdman Nazirliyində nazir köməkçisi vəzifələrində çalışıb.
Ana səhifəyə qayıt
Oxunub: 145
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər