Mədəaltı vəzinin yaxşı işləmədiyinin 3 əlaməti
(11-04-2023, 11:00)
Mədəaltı vəzinin işləməməsini 3 əsas əlamətlə təyin etmək olar.
“Medicina” xəbər verir ki, həkim qastroenteroloq – hepatoloq Serqey Vyalov zədələnmiş mədəaltı vəzinin uzun müddət nəzərə çarpan simptomlar göstərə bilmədiyi barədə xəbərdarlıq edib.
Mədədə problem olduqda, uzun müddət ağrı və ya narahatlıq hiss olunmur: insan yağlı qidalardan, spirtli içkidən sonra özünü pis hiss etməyə bilər.
Buna baxmayaraq, mədəaltı vəzi patologiyaya məruz qalırsa və öz funksiyalarını lazımi dərəcədə yerinə yetirmirsə, xəstələr bir gün xoşagəlməz simptomlarla üzləşirər. Bu gözlənilməz kəskin pisləşmə ilə özünü büruzə verir.
Bir insan normadan çox yedikdə, mədəaltı vəzinin tükənməsi səbəbindən fermentləri yetərli olmaya bilər. Yemək həzm olunmur və qarın şişir.
Həkimin sözlərinə görə, mədəaltı vəzi xəstəliklərinin ən çox yayılmış səbəblərindən biri həddindən artıq çox yeməkdir.
Ana səhifəyə qayıt
Oxunub: 126
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar