"Uşaqlarda astma xəstəliyinin artması qaz sobaları ilə əlaqədardır" - Alimlər
(7-01-2023, 09:30)
“Rocky Mountain İnstitute” səhiyyə təşkilatının məlumatına görə, ABŞ-da uşaqlar arasında astma xəstəliyinin 12,7 %-i qaz sobalarından istifadə ilə əlaqələndirilir.
Onlar bu barədə “International Journal of Environmental Research and Public Health” jurnalındakı məqalədə bildiriblər.
Amerikanın Qaz Assosiasiyası nəticələrin etibarlılığını şübhə altına alıb və araşdırmanı "təbliğata əsaslanan riyaziyyat işi" adlandırdı.
Bununla belə, qaz sobalarından istifadənin təhlükələri ilə bağlı məsələ əvvəlki tədqiqatlarda dəfələrlə qaldırılmışdı: mütəxəssislər diqqəti azot oksidləri də daxil olmaqla yanma məhsullarının zəif havalandırılan otaqlarda toplaya və tənəffüs yollarına, qan damarlarına zərər verə biləcəyinə yönəldiblər.
Ana səhifəyə qayıt
Oxunub: 104
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar