DTX müraciət etdi, özəl klinika 20 min manat cərimələndi
(3-09-2022, 16:00)



Gəncədə qeyri-qanunu fəaliyyət göstərən özəl klinika cərimələnib.

Bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) Səhiyyə Nazirliyinə Gəncə şəhəri, Atatürk prospekti 264 ünvanında yerləşən “Ankara Medic Lab” klinikasının lisenziyasız fəaliyyət göstərməsinə dair müraciət daxil olub.

Nazirliyin Tibbi Nəzarət şöbəsinin klinikada apardığı plandankənar yoxlamalar zamanı tibb müəssisəsinin həqiqətən lisenziya olmadan fəaliyyət göstərməsi aşkar edilib. Bundan sonra klinikanın rəhbəri barəsində İnzibati Xətalar Məcəlləsinin 210-cu (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma) maddəsi ilə protokol tərtib edilib. Protokol daha sonra Gəncə şəhər Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə klinika 20 min manat cərimə edilib.


шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 128

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031