Dünyada koronavirus qurbanlarının sayı 6,5 milyon nəfərə çatır
(29-08-2022, 10:00)
Dünyada koronavirus qurbanlarının sayı 6 487 849 nəfərə çatıb.
Bu barədə ayrı-ayrı ölkələrin səhiyyə qurumlarının koronavirusa yoluxma üzrə statistikalarına istinadən xəbər verir.
Məlumata görə, dünyada son gün ərzində COVID-19-dan ən çox ölüm Yaponiyada qeydə alınıb. “Gündoğar ölkə”də 248 nəfər koronavirusun qurbanı olub. Pandemiya ərzində Yaponiyada ümumilikdə 172 865 insan COVID-19-da yoluxub, 38 770 nəfər ölüb.
Gündəlik ölüm sayı üzrə siyahıda ikinci yerdə 70 ölüm halı ilə Cənubi Koreya qərarlaşıb. Cənubi Koreyada pandemiya ərzində 85 295 insanda koronavirus aşkarlanıb, 26 569 nəfər ölüb.
Ana səhifəyə qayıt
Oxunub: 129
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar