ÜST yeni koronavirus dalğasını elan edib
(20-07-2022, 11:30)



Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni dalğasını elan edib.Bu barədə ÜST-ün saytında bildirilir.

ÜST-ün Avropa Bürosunun rəhbəri Hans Klüge koronavirusun “Omikron” ştamının subvariantlarının yayıldığı barədə məlumat verib.

“Ötən ilin yayı ilə analoji vəziyyətdəyik. COVID-19 dalğası “Omikron” ştamının subvariantları, xüsusilə də BA.2 və BA.5-dən qaynaqlanır”, – məlumatda qeyd edilir.

Klüge, həmçinin əlavə edib ki, son altı həftə ərzində Avropada yeni yoluxmaların sayı üç dəfə artıb. ÜST rəsmisi Avropa ölkələrini vaksinasiya və tibbi maska taxılması ilə bağlı təcili tədbirlər görməyə çağırıb.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 166

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930