ÜST koronavirusun müalicəsində bu dərmanları məsləhət görür
(14-01-2022, 12:00)

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun müalicəsində iki dərmandan istifadə etməyi məsləhət görür.


 "Sərhədsiz Həkimlər"in infeksion xəstəliklər üzrə tibbi məsləhətçisi Dr. Fonseca beynəlxalq ictimaiyyəti tövsiyə olunan dərmanların monopoliyaya alınması ehtimalına qarşı tədbirlər görməyə çağırıb.
 

İltihaba qarşı olan “Baricitinib” və “Interleukin-6” kortikosteroid preparatı ilə birlikdə istifadə edildikdə ağır koronavirus xəstələrinin sağalmasına müsbət təsir göstərdiyi müəyyən edilib. Dərmanları qəbul edən ağır xəstələrin virusa qarşı müqaviməti artır və oksigen terapiyasına ehtiyac azalır.


Mütəxəssislər bu iki dərmandan eyni vaxtda istifadə etməməyi məsləhət görür.


Vəziyyəti ağır olmayan xəstələr üçün monoklonal antikor dərmanı “Sotrovimabın” istifadəsi müəyyən şərtlər altında  tövsiyə edilir.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 177

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930