Dəridəki qançırlar xərçəng əlaməti ola bilər
(30-11-2021, 10:46)

Dəridəki qançırlar qan xərçənginin inkişafının göstəricisi ola bilər.

 

Bu qənaətə britaniyalı alimlər gəlib. Qeyd olunur ki, əvvəlcə onlar zamanla rəngini dəyişən, tündləşən və çox vaxt ağrımağa başlayan qırmızı ləkələrə bənzəyirlər. Onları tünd dəridə aşkar etmək daha çətindir.

 

Bu xərçəngin digər əlamətlərinə səbəbsiz kilo itkisi, bədəndə fırların əmələ gəlməyi, nəfəs darlığı, gecə tərləmələri, bədəndə ağır infeksiyalar, qızdırma, səpgi və ya qaşınma daxildir. Bundan əlavə sümük və oynaq ağrıları, yuxu və ya istirahətdən sonra davam edən yorğunluq da qan xərçənginin ilkin əlamətləri ola bilər.

 

Mütəxəssislər qeyd edir ki, qan xərçənginin əlamətləri gec aşkar olunur. Eyni zamanda, bəzi insanlarda onlar tamamilə olmaya bilər. Həkimlər xəstəliyin vaxtında aşkarlanması ilə müalicə oluna biləcəyini vurğulayırlar.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 194

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930