Azərbaycan Qırğızıstana 40 min doza peyvənd verəcək
(15-07-2021, 09:17)


Azərbaycan Qırğızıstana 40 min doza peyvənd verəcək
Azərbaycan Respublikası Qırğız Respublikasına 40 min doza “AstraZeneca” peyvəndi verilməsini nəzərdə tutan humanitar yardım göstərməyi planlaşdırır.
 
Modern.az xəbər verir ki, bu barədə məlumatı Qırğızıstan XİN yayıb.
 
1-3 iyul tarixlərində Qırğız Respublikasının xarici işlər naziri R.A.Kazakbayevin Azərbaycana rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaların inkişafı, həmçinin koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə Azərbaycan Qırğızıstana humanitar yardım çərçivəsində 40 min doza “AstraZeneca” peyvəndinin verilməsini planlaşdırır.
 
Hazırda tərəflər peyvəndin daşınması üçün bütün saxlanılması şərtləri və tələblərinin təmin edilməsi üçün logistika məsələlərini araşdırırlar.
 
“Qırğız Respublikası koronavirus peyvəndi bağışladığı üçün Azərbaycan Respublikasına səmimi təşəkkürünü bildirir. Bu, 20 min Qırğızıstan vətəndaşının həyatını və təhlükəsizliyini qoruyacaq.
 
Qırğızıstan və Azərbaycan xalqları çoxəsrlik dostluq ənənələrinə və strateji tərəfdaşlıq münasibətlərinə sadiq qalaraq mövcud vəziyyətdə bir-biri ilə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirirlər”, - deyə məlumatda qeyd olunub.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 6

Xəbər lenti
23-07-2021 11:18
Təqvim
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031