Gələn il heç kəs qripə yoluxmayacaq?
(3-02-2021, 17:16)


Maska taxmaq, məsafə saxlamaq və digər karantin tədbirləri sağlamlığa heç bir şəkildə zərər verməyəcək, əksinə, qripə qarşı kollektiv immunitetin yaranmasına kömək edəcək.

Bu barədə tibb elmləri doktoru, immunoloq, virusoloq Vladislav Jemçuqov müsahibəsində deyib.

“Mövcud məhdudlaşdırıcı tədbirlər ona gətirdi ki, hazırda soyuqdəymə və kəskin respirator xəstəliklərdən əziyyət çəkənlər demək olar ki, yox dərəcəsindədir”.

Bundan əvvəl bir sıra alimlər qış aylarında ciddi qrip xəstəliklərinin baş verməsi barədə məlumat vermişdilər. Onların fikrincə, koronavirusla mübarizədə məhdudlaşdırıcı tədbirlərə görə digər tənəffüs xəstəliklərinə, xüsusən də qripə qarşı cəmiyyətin immuniteti zəifləyib.

Lakin Jemçuqovun sözlərinə görə, gələn il bu xəstəliyin epidemiyası üçün heç bir təhlükə yoxdur. O, mütəxəssislərin vəziyyəti nəzarətdə saxladıqlarını və ştamlar olarsa, növbəti qış peyvəndlərin uyğun olub-olmaması barədə mütləq məlumat veriləcəyini vurğulayıb.

Bundan başqa həkim qeyd edib ki, qrip əleyhinə peyvənd vurdurmaq lazımdır. Çünki illərdir ki, qripə qarşı immunitet kütləvi vaksinasiya hesabına yaranır.

“Əgər qripə qarşı vaksinasiyaya sentyabrın əvvəllərində başlasaq, heç bir epidemiya olmayacaq. Məhdudlaşdırıcı tədbirlər, üstəlik qrip peyvəndi sayəsində qrip virusunun yayılmasının qarşısını alacağıq”, – virusoloq bildirib.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 156

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930