Antibiotik qəbulu zamanı hansı qidaları yemək olmaz,  hansıları olar?..- İSRAİL MEDİASI  
 (12-12-2020, 17:56) 
	Həkimlər  antibiotiklərin qəbulu zamanı müəyyən qidaların istehlakının doğru olmamasından  bəhs ediblər. 
dovrunnabzi.az bu haqda İsrail mediasına istinadla xəbər verir.
Müalicə kursu müddətində alkoqollu içkilərdən imtina etmək lazımdır. Həqiqət budur ki, belə bir birləşmə baş ağrısına, sürətli və ya nizamsız ürək atışlarına, qarın ağrısına, ürək bulanmasına, qusma və başgicəllənməyə səbəb ola bilər. 
Süd məhsulları da bədənin dərman qəbul etmək qabiliyyətinə mənfi  təsir göstərir. Antibiotik qəbul etdikdən sonra ən az 3 saat ərzində süd içmək tövsiyə edilmir və südlə birlikdə, ümumiyyətlə, həb içilməməlidir. 
Şirələr bədəndə dərmanın parçalamasına və düzgün mənimsəməsinə maneə törədir. Antibiotik kursu zamanı portağal suyunu rasiondan çıxartmaq daha yaxşıdır. 
Tərkibində şəkər və maya olan qidalar bəzi xəstələrdə, xüsusilə də qadınlarda göbələk infeksiyasına səbəb ola bilər. Müalicə zamanı şirniyyat da yeyilməməlidir. 
Antibiotik müalicəsi zamanı pəhrizinizə əlavə edilməsi məsləhət görülən qidalar da var. Bunlar taxıl sıyıqları, kəpəkli taxıl çörəyi, düyü və banandır.
   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 228
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






