Pandemiya şəraitində evdə saxlanılmalı olan dərmanların adları açıqlandı
(8-12-2020, 12:49)



Rusiyanın Xaqlar Dostluğu Universitetinin Ümumi və Kliniki farmakologiya kafedrasının rəhbəri, professor Sergey Zıryanov pandemiya zamanı koronavirusla bağlı ehtiyat görməyin lazım olduğu preparatların adlarını açıqlayıb.

Bu barədə “Report” Rusiya mətbuatına isitinadən xəbər verir.

“Hər şeydən əvvəl bədənin hərarətini azaldan preparatlar əlinizin altında olmalıdır”, - Zıryanov deyib. O, əsasən “parasetamol”u məsləhət görüb.

Həkim əlavə edib ki, həmçinin buruna damızdımaq üçün nəzərdə tutulan dərmanları da almaq olar.

Bu halda mütəxəssis antibiotikləri almaqdan çəkinməyi məsləhət görüb. O, qeyd edib ki, antibiotiklərdən istifadə üçün həkim tərəfindən göstəriş olmalıdır.

Sergey Zıryanov həmçinin antivirus preparatlarını özbaşına qəbul etməməyə çağırıb. Çünki onlar "bir çox arzu edilməyən reaksiyalara malikdirlər".

Həkim eləcə də D vitaminindən də lazımsız yerə istifadə etməməyi tövsiyə edib. Onun sözlərinə görə, D vitamininin orqanizmdə normadan artıq olması damarların zədələnməsinə, böyrək çatışmazlığına və başqa problemlərə gətirib çıxara bilər.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 156

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930