“1-ci sinif şagirdinin çantası...” - Pediatrdan XƏBƏRDARLIQ
(Dünən, 12:30)

Yeni dərs ilinin başlanması ilə valideynlərin ən çox düşündüyü məsələlərdən biri də məktəbli çantalarının ağırlığıdır. Bu, sadəcə gündəlik rahatlıq məsələsi deyil – uşağın sağlam onurğasının, düzgün qamətinin və uzunmüddətli fiziki inkişafının təmin olunması baxımından çox vacibdir.
İllərdir ekspertlər qeyd edirlər ki, məktəbli çantalarının ağırlığı uşaqların sağlamlığına və ümumi inkişafına ciddi təsir göstərir. Aparılan tədqiqatlar göstərir ki, ağır məktəbli çantaları uşaqlarda onurğa əyrilikləri, əzələ və oynaqlarda ağrılar, habelə fiziki və psixoloji yorğunluq yarada bilər.
Qeyd edək ki, bir çox inkişaf etmiş ölkələrdə məktəbli çantalarının çəkisinə ciddi nəzarət olunur. Məsələn, Skandinaviya ölkələrində ( Norveç, İsveç) dərsliklər çox zaman məktəbdə saxlanılır. Şagirdlər evə yalnız ev tapşırığı üçün lazım olan minimal material aparır. Yaponiya və Cənubi Koreya kimi ölkələrdə məktəb çantaları dizayn baxımından ergonomik və yüngül hazırlanır. Çantanın çəkisi, ümumiyyətlə, məktəb administrasiyası tərəfindən nəzarətdə saxlanılır. ABŞ və Kanada məktəblərində rəqəmsal texnologiyaların tətbiqi ilə bir çox dərslik artıq planşet və ya notbuk vasitəsilə istifadə olunur. Fiziki kitab daşıma ehtiyacı azalıb. Bu ölkələrdə əsas məqsəd – uşağın fiziki inkişafını qorumaq və təhsil prosesini mümkün qədər sağlam və təhlükəsiz mühitdə qurmaqdır.
Təəssüf ki, Azərbaycanda məktəbli çantalarının çəkisi ilə bağlı vəziyyət ürəkaçan deyil. Təhsil ekspertləri qeyd edir ki, çantaların ağırlığının səbəbi hər fənn üzrə kitab və dəftərdən başqa, əlavə dərs ləvazimatlarının da daşınmasıdır. Şagird özü ilə hər fənn üzrə bir kitab, bir dəftər, bir test kitabı, bir iş dəftəri götürməlidir.
Bunların hamısını yığdıqda çanta çox ağır olur. Bundan başqa bir çox şagirdlər özləri ilə yemək və su götürür ki, bu da çantanın daha da ağırlaşmasına gətirib çıxarır.

Tanınmış pediatr Vaqif Qarayev dovrunnabzi.az-a fikrini bölüşüb:
“Hər ilin bu vaxtı qızğın müzakirələr gedir. Oturuşmuş normalar var – ibtidai siniflərdə dərslik və dərs ləvazimatları ilə dolu çantanın ağırlığı uşağın ümumi çəkisinin 10 faizi qədər olmalıdır. Məsələn, 1-ci sinif şagirdinin çantası 1,5-2 kiloqram ağırlığında olmalıdır. Buna riayət olunurmu? Xeyr. Bəzi hallarda valideynlər ağır və allı-güllü çantalara üstünlük verirlər. Əksər hallarda isə məktəb müxtəlif lazımsız vəsaitlərlə doldurur çantaları. Hətta eyni məktəbin bir sinfində sanitar normalara əməl edilir, digərində isə hər gün valideynə nə isə aldırırlar. Uşaqlarda qamət pozğunluğunun bir səbəbi də çəkisinə uyğun olmayan ağır çantaları kürəyində daşımasıdır”.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 6

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930