Sağlam yaşamaq istəyənlər üçün səhər vərdişləri
(29-08-2025, 09:00)

dovrunnabzi.az xəbər verir ki, o, bu barədə "Infobae" nəşrinə danışıb.
O, oyanışdan sonra 10 dəqiqə ərzində aktiv hərəkət etməyi tövsiyə edib. Onun sözlərinə görə, bu, qan dövranını yaxşılaşdırır və yuxudan sonra sinir sistemini aktivləşdirir. Həmçinin səhərlər beş dəqiqə təmiz havada vaxt keçirməyi məsləhət görüb. Mütəxəssis izah edib ki, bu vərdiş sayəsində hormonlar və maddələr mübadiləsi ilə sıx bağlı olan sirkadiyalı ritmləri tənzimləmək, serotonin ifrazını artırmaq və kortizol səviyyəsini sabitləşdirmək mümkündür.
Bundan əlavə, Lourens oyanışdan sonrakı ilk 30 dəqiqə ərzində ən azı 500 millilitr su içməyi tövsiyə edib. Bu, gecə nəfəsalma və tərləmə nəticəsində itirilmiş mayeni bərpa etməyə kömək edir.
Mütəxəssis əlavə edib ki, səhərlər oynaqların fəaliyyətini yaxşılaşdırmaq və azhərəkətli həyat tərzinin yaratdığı hərəkət məhdudiyyətinə qarşı mübarizə aparmaq üçün məşqlər yerinə yetirmək lazımdır.
Ana səhifəyə qayıt
Oxunub: 337
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər