Ağdamda valideyn zorakılığına məruz qalan körpə süni nəfəs aparatına qoşulub, vəziyyəti ağırdır
(29-08-2025, 15:30)

 TƏBİB Ağdamda valideynlərin zorakılıq tətbiq etdiyi körpələrin vəziyyəti ilə bağlı məlumat yayıb.
dovrunnabzi.az xəbər verir ki, "Report"un sorğusuna cavab olaraq qurumdan bildirilib ki, 2023-cü il təvəllüdlü azyaşlının (kişi) müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.
"Müştərək travma, qapalı kəllə-beyin travması, sol beyin yarımkürəsinin üzərində kəskin subdural hematoma, bədənin çoxsaylı əzilmış yaraları diaqnozları təyin edilən pasiyentin üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub. Hazırda süni tənəffüs dəstəyi alan azyaşlının vəziyyəti ağırdır", - məlumatda vurğulanıb.
Qeyd edilib ki, Ağdam Rayon Mərkəzi Xəstəxanasında profilaktik olaraq həkimlərin müşahidəsi altında saxlanılan 2024-cü il təvəllüdlü azyaşlı aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, 2023-cü il təvəllüdlü azyaşlı avqustun 27-də komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Zəruri tibbi xidmət göstərilən azyaşlı daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə edilib.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 20

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930