Şəkərli diabet üzərində ilk qələbə
(18-08-2025, 17:30)

dovrunnabzi.az xəbər verir ki, araşdırma "New England Journal of Medicine" jurnalında dərc olunub.
İsveç və ABŞ alimlərinin apardığı təcrübədə 42 yaşlı kişiyə genetik olaraq dəyişdirilmiş mədəaltı vəz hüceyrələri köçürülüb. Hüceyrələr CRISPR texnologiyası ilə elə redaktə olunub ki, immun sisteminin onları rədd etməsi minimuma endirilib.
Bu prosesdən sonra xəstəyə immuniteti zəiflədən dərmanlar verilməyib. Köçürülmədən dörd ay sonra hüceyrələr insulini aktiv şəkildə istehsal etməyə başlayıb. Bu əməliyyat nəticəsində xəstənin orqanizmi uzun illərdən sonra ilk dəfə insulini özü hasil edib.
Həkimlər qeyd edirlər ki, köçürülən hüceyrələrin sayı hələlik tam müalicə üçün kifayət etmir. Amma nəticə gələcəkdə 1-ci tip diabetin köklü müalicəsi üçün böyük ümid yaradıb.
Ana səhifəyə qayıt
Oxunub: 387
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər