Virus sürətlə yayılır! 16 ölkədə 240 mindən çox yoluxma, 90 ölüm
(18-08-2025, 17:00)
Ağcaqanad mənşəli çikunqunya virusu getdikcə daha da yayılır. Bu il 16 ölkədə 240 mindən çox yoluxma və virusa bağlı 90 ölüm qeydə alınıb. Honq Konq isə virusun qarşısını almaq üçün robot itlərdən istifadə edəcəyini açıqlayıb.
Honq Konqun Ətraf Mühit və Ekologiya katibi Tse Çin-van, çikunqunya virusuna yoluxma hallarının artması ilə mübarizə üçün yeni addım atacaqlarını bildirib.
Robot itlərlə dərmanlama
Tse deyib: "Gələn aydan etibarən nəzarət qruplarının çətinliklə çatdığı yamac kimi ərazilərdə insektisid (böcək dərmanı) püskürtmək üçün robot itlərdən istifadəni sınaqdan keçirəcəyik."
O, həmçinin isti havalarda virusla mübarizə aparan işçilərin üzərindəki yükü azaltmağı hədəflədiklərini qeyd edib: "Əgər bu sınaq uğurlu olsa, daha çox robot it alacağıq. Hökumət də ağcaqanadlarla mübarizə üsullarını araşdırmaqda davam edəcək."
Rəsmi məlumatlara görə, bu il 16 ölkədə 240 mindən çox çikunqunya halı və 90 ölüm qeydə alınıb. Çinin cənubundakı Guangdong bölgəsində isə təxminən 8 min yoluxma aşkarlanıb.

Ana səhifəyə qayıt
Oxunub: 352
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər