Xəzər və Suraxanı tibb mərkəzlərinə yeni direktorlar təyin olundu
(12-08-2025, 13:30)
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Xəzər Tibb Mərkəzinə Mübariz Ağayev, Suraxanı Tibb Mərkəzinə isə Tərlan Bəbirov rəhbərlik edəcək.
Bu barədə dovrunnabzi.az-a TƏBİB-dən məlumat verilib.
Xəzər Tibb Mərkəzinin direktoru vəzifəsini icra edəcək M.Ağayev ixtisasca pediatrdır və yeni təyinata qədər TƏBİB-də İxtisaslı tibbi xidmətin təşkili departamentinin Tibbi koordinasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsini icra edəcək T.Bəbirov ixtisasca pediatrdır və yeni təyinatadək Xəzər Tibb Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Ana səhifəyə qayıt
Oxunub: 330
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər