Gənc oğlanın mədəsinə metal əşya batdı - Ölümdən döndü
(8-08-2025, 18:00)
01.08.2025-ci il tarixdə qarın boşluğuna metal əşya batmış 2004-cü il təvəllüdlü şəxs (kişi cinsli) ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.Bu barədə Kliniki Tibbi Mərkəzdən dovrunnabzi.az-a məlumat verilib.
Bildirilib ki, aparılan müayinələr zamanı ona qarının ön divarına nüfuz edən, mədəni dəlib keçən, mədəaltı vəzininin, qarın aortasının yaralanması, kəskin qan itirmə və hemorragik şok diaqnozu qoyulub.
Xəstənin dərhal əməliyyat edilməsi planlaşdırılıb.
Ümumi Cərrahiyyə şöbəsinin həkimləri Rauf Mirzəyev və Maya Xudiyeva tərəfindən əməliyyat icra edilib.
Uğurlu əməliyyat nəticəsində onun qarın boşluğunda yığılmış 3 l qan və qan laxtaları xaric edilib, zədələnmiş orqanların bərpası həyata keçirilib.
Daha sonra Şöbədə stasionar müalicələri başladılıb.
Aparılan intensiv müalicələrdən sonra vəziyyəti stabil qiymətləndirilib və evə buraxılıb.
Ana səhifəyə qayıt
Oxunub: 466
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « May 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |
Seçilənlər






