Bu içkilər şəkər xəstəliyi yaradır
(2-08-2025, 10:30)

dovrunnabzi.az xəbər verir ki, araşdırmalar bu içkilərin qısa müddətdə qan şəkərini artırmasa da, uzunmüddətli istifadənin tip 2 diabet riskini artıra biləcəyini göstərir.
Mütəxəssislərin sözlərinə görə bu içkilərin tərkibindəki aspartam, sukraloz və digər şirinləşdiricilər bağırsaq mikroflorasına mənfi təsir göstərə bilər. Bu da maddələr mübadiləsinin pozulmasına və insulinə qarşı həssaslığın azalmasına səbəb ola bilər.
Bəzi tədqiqatlar "zero" içkilərdən mütəmadi istifadə edən şəxslərdə piylənmə və diabet riskinin artdığını ortaya qoyub. Lakin alimlər bildirir ki, bu nəticələr səbəb-nəticə əlaqəsini tam sübut etmir.
Qeyd edək ki, mütəxəssislər sağlamlıq üçün ən uyğun seçim olaraq su və şəkərsiz təbii içkiləri tövsiyə edirlər.
Ana səhifəyə qayıt
Oxunub: 345
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər