Selfi çəkdi, ölümcül xəstəliyini aşkar etdi
(Bu gün, 12:30)
ABŞ-da yaşayan qadın təsadüfən çəkdiyi bir fotoşəkil sayəsində sağlamlığında ciddi problem olduğunu anlayıb. Hadisə gənc qadının sosial mediada paylaşdığı selfidən sonra baş verib.
Hadisə iştirakçısı olan Sara adlı qadın,vanna otağında güzgü qarşısında selfi çəkərək sosial mediada paylaşıb. Lakin fotoya baxan dostları onun sağ gözündə qəribəlik olduğunu, göz bəbəyinin qeyri-adi göründüyünü bildirib.
Əvvəlcə bu fikirlərə əhəmiyyət verməyən Sara daha sonra güzgüdə gözünə diqqətlə baxaraq, doğrudan da fərqli bir halın olduğunu görüb və dərhal xəstəxanaya müraciət edib.
Həkimlərin müayinəsi nəticəsində qadında “kraniofaringioma” adlı nadir və beynin hipofiz vəzisinə yaxın bir sahədə yerləşən xoşxassəli şiş aşkarlanıb. Bu şiş göz sinirlərinə təzyiq etdiyindən onun görməsində problem yaranmağa başlayıbmış. Xəstəlik vaxtında aşkarlandığı üçün Sara dərhal əməliyyata alınıb və sağlığına qovuşub.
Sara başına gələn bu hadisəni sosial media hesabında bölüşərək, "Əgər həmin şəkli paylaşmasaydım və dostlarım bu dəyişikliyi görməsəydi, bəlkə də bu problem çox gec aşkar olunardı" deyə bildirib.
Bu hadisə sosial medianın bəzən həyat qurtarıcı ola biləcəyini bir daha sübut edib.

Ana səhifəyə qayıt
Oxunub: 2
Xəbəri paylaş
Xəbər lenti
18-07-2025 12:00
17-07-2025 14:30
Ən çox baxılanlar