Azərbaycanda 16 nəfəri ilan sancdı – Xəbərdarlıq: Bunları etməyin!
(14-07-2025, 15:00)

Azərbaycanda aprel ayından bu günə qədər 16 ilan sancması faktı qeydə alınıb.
dovrunnabzi.az-ın xəbərinə görə, bu barədə Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.
Onun sözlərinə görə, ilan sancmalarına baxmayaraq, bu müddət ərzində ölüm halı baş verməyib. Mütəxəssis bunu ölkədə kifayət qədər ilan zərdabının mövcudluğu ilə izah edib.

Azər Maqsudov ilkin tibbi yardım tədbirlərinin vacibliyini vurğulayaraq bildirib ki, sancılan şəxsin hərəkətsiz saxlanılması həyati əhəmiyyət daşıyır:
"İlanlar əsasən ətraf nahiyələri, əllər və ayaqları sancır. Bu hissələri hərəkətsiz vəziyyətdə saxlamaq lazımdır. Əgər sancma baş, üz və boğaz nahiyəsində olarsa, vəziyyət daha təhlükəli ola bilər".
Mütəxəssis yaranın yod məhlulu ilə təmizlənməsini və xəstəyə bol su verilməsini tövsiyə edir:
"Bu, infeksiyanın qarşısını almağa və qan təzyiqinin normada qalmasına kömək edir. Ən vacib olan xəstənin ən qısa müddətdə yaxınlıqdakı tibb müəssisəsinə çatdırılmasıdır".
Azər Maqsudov bəzi yanlış müdaxilələrə də münasibət bildirib. Onun sözlərinə görə, yaranı kəsmək, sovurmaq, qatıq qəbul etmək və ya başqa şeylər etmək qətiyyən düzgün deyil:
"Bu kimi müdaxilələr yaranın infeksiyalaşmasına və vəziyyətin ağırlaşmasına səbəb ola bilər. Bu üsulları qətiyyən tövsiyə etmirik".
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 22

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930