32 saatlıq əməliyyatın həkimi danışdı: "Ölüm riski yüksək idi"
(5-07-2025, 09:30)

 "Xəstənin əməliyyat olunmayacaq patalogiyası var idi. Sadəcə qanamasına görə onu əməliyyat etməli olduq".
dovrunnabzi.az xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında 32 saat fasiləsiz davam edən və tibdə nadir sayılan əməliyyatı uğurla həyata keçirən neyrocərrah Pərvin Mirzəliyev deyib.
O, əməliyyatın müddətinin çox çəkməsinin səbəbinə aydınlıq gətirərək bildirib:
"Ən böyük səbəbi qanamaya tam hakim ola bilməməyimiz idi. Əməliyyatda dörd beyin cərrahı iştirak edib, üç anestezioloq komandası dəyişib, mən isə 4-5 saatdan bir fasilə vermişəm. Ölüm riski yüksək əməliyyat idi".
P.Mirzəliyev qeyd edib ki, əməliyyat uğurla bitənə qədər onun uzanmasında heç bir problem yoxdur:
"Buna сərrah, anestezioloq komandası qərar verə bilər. Xəstə hazırda danışır, deyib-gülür. Bu mənim üçün "Ginnesin Rekordlar Kitabı"na düşmək kimi bir şeydir".
Daha ətraflı süjetdə:
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 19

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930