Yeni virusun əlamətləri nələrdir?
(1-07-2025, 10:30)

 Son günlər uşaqlar arasında parvovirus infeksiyasının yayılması müşahidə edilir.
Valideynlərin verdiyi məlumata görə, bu virus əsasən qızdırma və dəridə qızartılarla özünü göstərir.
Pediatr Bahar Cəbrayılova bildirir ki, parvovirus daha çox 5-15 yaş arası uşaqlarda rast gəlinir. Kiçik yaşlı uşaqlarda xəstəliyin əsas simptomları qızdırma, boğaz ağrısı və qaşıntıdır. Daha böyüklərdə isə oynaq ağrıları və baş ağrıları da müşahidə oluna bilər:
"Xəstəliyin ilkin mərhələsində burun axıntısı və qaşıntı yaranır, bir müddət sonra isə uşaqların yanaqlarında "şillə izi"nə bənzər qızartılar meydana çıxır. Müalicə simptomlara yönəlib, qızdırma və qaşıntı aradan qaldırılır. Adətən, bu vəziyyət bir həftə davam edir" - deyə pediatr əlavə edib.
Qeyd edək ki, parvovirusdan qorunmaq üçün panikaya qapılmadan vaxtında tədbir görmək vacibdir. Bu virus ciddi təhlükə yaratmasa da, gecikmək riski artır. Əgər uşağınızda bu əlamətlər varsa, mütləq həkimə müraciət edin.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 23

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930