Hansı dərmanlar hər evdəki dərman qutusunda mütləq olmalıdır?
(24-06-2025, 15:00)

 

Evdəki dərman qutusu tibbi yardımın əvəzi deyil, amma onun köməyi ilə simptomları yüngülləşdirmək və xəstəxanaya çatana qədər təhlükəli vəziyyəti sabitləşdirmək mümkündür.

dovrunnabzi.az xəbər verir ki, həkim Anna Şelobanova hər evdə mütləq olması lazım olan dərmanları sadalayıb:

Əsas dərmanlar:

Ağrıkəsicilər və hərarətsalıcılar:
Parasetamol və ibuprofen. – Baş ağrısı, qızdırma, əzələ və oynaq ağrılarında faydalıdır.
Antispazmodikler:
Drotaverin (No-shpa). – Qarın və bağırsaq sancıları, aybaşı ağrıları üçün lazımdır.
İshal və qəbizlik əleyhinə dərmanlar:
Loperamid, qliserin şamları, Polisor, Smekta, Enterosgel, Mikrolaks. – Həzm problemlərində istifadə olunur.
Soyuqdəymə dərmanları:
Boğaz ağrısı üçün sprey və pastillər, burun damcıları, Teraflu kimi tozlar.
Allergiyaya qarşı preparatlar (antihistaminlər):
Setirizin və xloropiramin. – Təkcə allergiyada yox, həm də həşərat sancmaları və dəri reaksiyalarında faydalıdır.
Sakitləşdirici damcılar:
Valerian və boymadərən (pustırnik) tinkturaları. – Stress, yuxusuzluq və narahatlıq hallarında istifadə edilir.
Ürək-damar sistemi üçün dərmanlar:
Validol və korvalol. – Ürək döyüntüsü, sinə ağrısı və gərginlikdə istifadə olunur.
Nitroqliserin və aspirin infarkt halı üçün vacibdir.
Kaptopril insult riski zamanı təzyiqin sürətlə salınması üçün istifadə edilir.
Əsas tibbi ləvazimatlar və vasitələr:
Steril bint, pambıq, plastır
Hidrogen peroksid, xlorheksidin, brilliant yaşılı və ya yod
Pantenol (yanıqlara qarşı)
Turniket (qanaxmanın qarşısını almaq üçün), qayçı, pinset
Amonyak spirti – huşsuzluq zamanı ayıltmaq və yaraların dezinfeksiyası üçün
Termometr, təzyiq ölçən cihaz (tonometr), dərmanlar üçün ölçü stəkanı
 Uşaqlar üçün ayrıca dərmanlar:
Şərbətlər, şamlar və suspenziyalar – yaşa uyğun formada.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 12

Xəbər lenti