Oturaq işlər kişiləri sonsuzlaşdırır
(18-06-2025, 13:00)

dovrunnabzi.az xəbər verir ki, oturaq həyat tərzi qan dövranını zəiflədir, xüsusilə çanaq nahiyəsində durğunluğa səbəb olur. Bu isə prostat vəzinin iltihabına - prostatitə yol aça və ya mövcud problemləri daha da ağırlaşdıra bilər.
Mütəxəssislər bildirir ki, oturaq vəziyyətdə uzun müddət qalmaq testislərin istiliyini artırır. Bu da sperma istehsalını və keyfiyyətini aşağı salır, nəticədə kişi məhsuldarlığına mənfi təsir göstərir.
Bundan əlavə, hərəkətsizlik piylənmə, ürək-damar xəstəlikləri, bel və onurğa problemləri, o cümlədən bel yırtığı riskini artırır. Maddələr mübadiləsinin zəifləməsi testosteron səviyyəsinin enməsi ilə nəticələnə bilər ki, bu da ümumi kişi sağlamlığına zərər verir.
Həkimlər tövsiyə edir ki, hər 30-60 dəqiqədən bir qısa fasilə verilsin, az da olsa yerimək və yüngül idman hərəkətləri edilsin. Bu sadə vərdişlər sağlamlığın qorunmasında mühüm rol oynaya bilər.
Ana səhifəyə qayıt
Oxunub: 4
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar