Azərbaycanda da satılan bu ağrıkəsici geri çağırılır - Təhlükə aşkarlandı
(13-06-2025, 18:00)

 Azərbaycanda da geniş istifadə olunan və reseptsiz satılan ağrıkəsici parasetamolun bəzi partiyaları çirklənmə şübhəsi ilə bazardan geri çağırılır.
dovrunnabzi.az xəbər verir ki, bu barədə məlumatı Dərman və Sağlamlıq Məhsullarını Tənzimləmə Agentliyi (MHRA) yayıb.
Agentliyin açıqlamasına görə, Chelonia Healthcare Limited tərəfindən istehsal edilən 500 mq-lıq parasetamol tabletlərinin 2312010və 2312011 nömrəli partiyaları rəng dəyişikliyi səbəbilə geri çağırılıb. Sözügedən dərmanların bu il buraxıldığı və son istifadə tarixinin 30 noyabr 2027-ci il olduğu bildirilib.
"Tabletlər bir tərəfində zolaq olan ağ kapsul formasında olmalıdır. Əgər bu partiyalardan alınmış qutuların içində rəngi dəyişmiş hər hansı tablet görsəniz, dərhal əczaçıya və ya həkiminizə müraciət edin", - deyə MHRA-nın açıqlamasında qeyd olunur.
Səlahiyyətli qurum bu dərmanlardan istifadə edən şəxslərə əks təsirlər müşahidə edildikdə dərhal həkimə müraciət etməyi, səhiyyə işçilərinə isə sözügedən partiyaların paylanmasını dərhal dayandırmağı tövsiyə edib.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 37

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930