ŞAD XƏBƏR: 3 növ xərçəngin ÇARƏSİ TAPILDI
(21-05-2025, 13:00)
Çin alimləri KRAS-G12C mutasiyası ilə qeyri-kiçik hüceyrəli ağciyər xərçəngi, kolorektal xərçəng və mədəaltı vəzi şişlərinin müalicəsi üçün yeni dərman D3S-001-in klinik sınaqlarının birinci mərhələsini uğurla başa vurublar.dovrunabzi.az xəbər verir ki, bu barədə "South China Morning Post"(SCMP) məlumat yayıb.
D3S-001, əvvəllər müalicəsi çətin hesab edilən mutant KRAS-G12C zülalını bloklayan yeni nəsil inhibitordur.
Professor Herbert Lunqun sözlərinə görə, preparat mutasiya aktivliyini mövcud analoqlardan daha uzun müddət yatırır.
Sınaqlar zamanı dərman 62 xəstə üzərində sınaqdan keçirilib. Əvvəllər anti-KRAS dərman qəbul etməmiş 42 xəstədə şişlərin 70%-i kiçilib və ya yoxa çıxıb, 97%-də isə xəstəliyin irəliləməsi dayanıb.
Qeyd edilib ki, öncə digər KRAS inhibitorları ilə müalicə olunan xəstələrdə effektivlik aşağı olub.
Alimlər indi sınaqların ikinci - daha böyük mərhələsinə hazırlaşırlar. Tədqiqatçılar hesab edirlər ki, D3S-001 KRAS-müsbət şişlər üçün mövcud müalicələrə perspektivli alternativ ola bilər.
Ana səhifəyə qayıt
Oxunub: 51
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Yanvar 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
Seçilənlər






