Balıq yağının bəzi insanlar üçün zərərli olduğu müəyyən edilib
(19-05-2025, 18:00)

 "Bəzi hallarda faydalı sayılan omega-3 yağ turşularını ehtiva edən vitamin əlavələri sağlamlıq üçün zərərli ola bilər".
dovrunnabzi.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə rusiyalı həkim Aleksey Moskalev deyib.
Onun sözlərinə görə, aparılan araşdırmalar göstərib ki, ürək xəstəliyi olmayan sağlam insanlarda balıq yağının profilaktik məqsədlə qəbulu ürəkdə qulaqcıq çırpınması (yəni, atrial fibrillyasiya) riskini artırır: “Amma artıq ürək fəaliyyətində pozuntusu olan xəstələrdə omega-3 tərkibli preparatlar, əksinə, xəstəliyin ağırlaşma və ölüm riskini azaldır”.
Həkim bu araşdırma nəticələrini yüksək dozada yağ turşularının tərkibi ilə izah edən alimlərin fikirlərinə istinad edib. Onun sözlərinə görə, tez-tez istifadə olunan bioloji aktiv əlavələr (BAA) omega-3-ü etil efiri formasında ehtiva edir. Bu forma isə orqanizm tərəfindən daha çətin mənimsənilir və “pis” xolesterini artıra bilər.
Bundan əlavə, alim omega-3-ün iki növü — eykosapentaenoik (EPA) və dokosaheksaenoik (DHA) turşuları arasında balansın qorunmasının vacibliyini vurğulayıb. Çünki ikinci turşunun həddindən artıq qəbulu birincinin faydalı təsirini zəiflədə bilər.
Hazırda alimlər bu mövzuda yekdil fikrə gəlməyiblər. Buna görə də həkim omega-3 tərkibli əlavələrin qəbuluna ehtiyatla yanaşmağı tövsiyə edib.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 13

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031