Azərbaycanda qızılca xəstəliyi ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
(12-05-2025, 16:28)
Görülən məqsədyönlü tədbirlər nəticəsində son aylarda Azərbaycanda qızılca halları yalnız sporadik (tək-tək) şəkildə qeydə alınır.dovrunnabzi.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (GEM) məlumat verilib.
Qeyd olunub ki, ölkədə infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət ümumilikdə sabitdir:
"Mövsüm dəyişikliyi ilə əlaqədar bəzi respirator xəstəliklərin artımı müşahidə olunsa da, bu, gözlənilən və nəzarət altında olan bir haldır".
Məlumata görə, qızılca xəstəliyinə qarşı profilaktik tədbirlər davam etdirilir:
"Hazırda ölkədə kifayət qədər peyvənd ehtiyatı mövcuddur və müalicə-profilaktika müəssisələrində peyvəndləmə işləri planlı şəkildə aparılır".
Ana səhifəyə qayıt
Oxunub: 57
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Yanvar 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
Seçilənlər






