Vasif Talıbovun Naxçıvanı talayan KEÇMİŞ ORTAĞI... - Emin Uçar dövlət sifarişlərini necə sabotaj edib?
(4-01-2024, 13:00)



Naxçıvan şəhər sakini Fərzəliyev Yusif Məhərrəm oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi vaxtilə işlədiyi “Cahan Holdinq”dən narazılığını bildirir.
“Mən, Fərzəliyev Yusif Məhərrəm oğlu, yazaraq bildirirəm ki, 4 ay əvvələdək “Cahan Holdinq”də fəhlə kimi işləyirdim. 4 ay öncə sol əlimin 3-cü və 4-cü barmaqları uc hissəsindən kəsildi. Nəticədə barmaq uclarım amputasiya olundu.
İş vaxtı əlim maşında qalıb, bu hal nə sığortanı, nə də “Cahan Holdinq”i maraqlandırır.
Bütün lazımi sənədləri yığıb “Paşa Sığorta”ya təqdim etmişəm. Amma ödəniş etmirlər.
İş yerim məsuliyyəti sığorta şirkətinin, sığorta şirkəti də iş yerimin üstünə atır. Mənə deyirlər ki, gərək sənə əlillik düşə və yaxud da öləsən ki, sığorta sənə pul ödəyə.
Mənə həm mənəvi, həm də maddi baxımdan çox ziyan dəyib. Belə haqsızlıq olmaz. Sığort şirkəti iş vaxtı olan qəzanı qarşılamırsa, onda niyə maaşımızdan hər ay pul çıxılır?!”
Məsələ ilə bağlı “Paşa Sığorta” ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı.

Hurriyyet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 29

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930