Kürdəmir rayonu Karrar kənd Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri Əliyev Məsum Kamal oğlu öz işinin öhtəsindən vicdan və ləyaqətlə gəlir
(21-12-2023, 12:30)



 Kürdəmir rayonu Karrar kənd Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri Əliyev Məsum Kamal oğlu öz işinin öhtəsindən vicdan və ləyaqətlə gəlir
 
 
Həkimlik sənətinin nə qədər ağır və şərəfli bir peşə olduğunu hamımız yaxşı bilirik. Onu da yaxşı bilirik ki, həkimlik sənəti eyni zamanda çox məsuliyyətli bir sənətdir. Yəni insan həyatı sənə etibar edilir, gərək sən də bu etibarı layiqincə doğrulda biləsən.
 
Bu gün haqqında söhbət açacağımız şəxs Kürdəmir rayonu Karrar kənd Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri Əliyev Məsum Kamal oğludur. Bütün iş kollektivi və xəstələr, xəstə yaxınları Məsum həkimdən çox böyük razılıq edirlər. Həkimlik anddır, həkimlik vicdandır. Məsum həkim sırf bu sözlərə layiq bir həkimdir. Üzərinə düşən işlərin öhdəsindən layiqincə gəlir. Ona verilən tapşırıqları zamanında, vicdanla icra edir. Xəstələrə xüsusi diqqət və qayğı ilə yanaşır. Onların problemlərini öz problemi kimi görür. Hər cür onların qulluğunda durur.
 
Nəzərinizə çatdırmaq istəyirik ki, bu gün ölkəmizdə qızılca xəstəliyi sürətlə yayılmaqda davam edir. Qızılcaya yoluxma məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir. "Ölkəmizdə qızılca xəstəliyinə son illər ərzində yoluxma nadir hallarda qeydə alınıb, hətta bəzi illərdə, ümumiyyətlə, yoluxma olmayıb. Hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir: "Bu xəstəlik uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəli xəstəlikdir və özü sağalan xəstəliklər qrupuna daxildir. Yəni bu, o deməkdir ki, xəstəliyin xüsusi spesifik müalicəsi yoxdur.
 
Qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir. Bu xəstələr Ailə Sağlamlıq Mərkəzlərinin həkimləri tərəfindən nəzarətə götürülür. Məsum həkim xəstəliklə bağlı öz işini vicdan və ləyaqətlə icra edir. Üzərinə düşən hər bir öhtəliyi layiqincə yerinə yetirir. Kürdəmir rayonu Karrar kənd ərazisində, orta məktəblərdə, bağçalarda Məsum müəllimin məsuliyyətli iş prinsipi sayəsində yoxlanışlar aparıldı, bütün xəstələr müayinədən keçirildi, barələrində lazimı tədbirlər görüldü. Məsum müəllim və onun kollektivi Kürdəmir rayonu Karrar kənd ərazisində xəstəliyə qarşı çox ciddi mübarizə aparırlar. 
 
 
 
 
Bizdə redaksiya olaraq öz növbəmizdə Məsum həkimə öz işinə bu cür məsuliyyətli, vicdan və ləyaqətlə yanaşdığı üçün təşəkkür edir, həyatında və işlərində uğur və nailiyyətlər arzu edirik. Məsum həkim kimi savadlı kadrları seçdikləri üçün Səhiyyə Nazirliyi və TƏBİB-ə təşəkkür edirik.
 

 
Kürdəmir rayonu Karrar kənd Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri Əliyev Məsum Kamal oğlu öz işinin öhtəsindən vicdan və ləyaqətlə gəlir
Kürdəmir rayonu Karrar kənd Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri Əliyev Məsum Kamal oğlu öz işinin öhtəsindən vicdan və ləyaqətlə gəlir
Kürdəmir rayonu Karrar kənd Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri Əliyev Məsum Kamal oğlu öz işinin öhtəsindən vicdan və ləyaqətlə gəlir
 

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 34

Xəbər lenti