Gəncə Şəhər Birləşmiş Xəstəxanasında ŞÜBHƏLİ TENDER... - BU NƏDİ BELƏ?!
(19-12-2023, 11:30)


Gəncə Şəhər Birləşmiş Xəstəxanasında ŞÜBHƏLİ TENDER... - BU NƏDİ BELƏ?!

Yenə Gəncə Şəhər Birləşmiş Xəstəxanasından xəbər var. Sözügedən xəstəxanada bu ilin o fəsli olmadı ki, tender elan edib maliyyə əldə etməsinlər. Müasir xəstəxanalar, poliklinikalar olduğu, heç bir avadanlığa ehtiyac olmadığı halda tender keçirmək şübhə doğurur.

TƏBİB-in üzərinə düşür ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının aldığı tender maliyyəsini ciddi yoxlasın. Bu ilin sonuna az qalmasına baxmayaraq, ilin əvvəlindən ortasına kimi dəyəri 3 milyon manatdan artıq olan tender keçirən Gəncə Şəhər Birləşmiş Xəstəxanası yenə iki tender keçirərək, 150 min manat tender qalibi olubdur.




Hurriyyet.az xəbər verir ki, xəstəxana “PROMATECH GROUP" MMC ilə “Mal materiallarının alınması”na görə məbləği 73.186,51 AZN-lik, Rayonlararası İstehsalat Kombinatı ilə “Müəssisələrdə cari təmir işləri Z.Məmmədov adına xəstəxana” tenderinə görə məbləği 75.521,91 AZN olan müqavilə imzalayıb.

Bildirmək yerinə düşər ki, “PROMATECH GROUP" MMC-nin qanunu təmsilçisi Esmira Məhərrəm qızı Əliyevadır, nizamnamə kapitalı isə 20 AZN-dir. Rayonlararası İstehsalat Kombinatının direktoru isə Nəsib Məhərrəm oğlu Həsənovdur, nizamnamə kapitalı isə 20 AZN-dir.

Mövzuya qayıdacağıq.

Mənbə: "Hurriyyet.az"
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 27

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031