Qubadlı‒Laçın avtomobil yolunun tikintisinə 20 milyon manat ayrıldı
(26-09-2023, 07:00)


Qubadlı‒Laçın avtomobil yolunun tikintisinə 20 milyon manat ayrıldı

Prezident İlham Əliyev “Yeni Qubadlı‒Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Xudafərin‒Qubadlı‒Laçın avtomobil yolunun 33-cü kilometrliyindən başlayan Yeni Qubadlı‒Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi məqsədilə 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat ayrılıb.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 270

Xəbər lenti