“SOCAR-AQŞ”nin sabiq baş direktoru həbs edildi - TƏFƏRRÜAT
(27-07-2023, 14:30)


“SOCAR-AQŞ”nin sabiq baş direktoru həbs edildi - TƏFƏRRÜAT


“SOCAR-AQŞ” MMC-nin sabiq baş direktoru Ramin İsayev həbs edilib.
Ramin İsayev barəsində Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda) maddəsi ilə cinayət işi başlanılıb. O, 16 milyon manat mənimsəmədə ittiham edilir.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ramin İsayev 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilib.
Xatırladaq ki, “SOCAR AQŞ” MMC 2007-ci ildə yaradılıb. MMC Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy və Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi ilə məşğul olur.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 158

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930