Sahibə Qafarova Serbiyaya getdi
(1-06-2023, 12:00)

Bu gün Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Serbiyaya rəsmi səfər edib.
Səfər çərçivəsində Milli Məclis sədrinin Serbiya Prezidenti, bu ölkənin Milli Assambleyasının spikeri və Baş naziri ilə görüşləri nəzərdə tutulur.
Nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Belqraddakı abidəsini ziyarət edəcək, 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbirə qatılacaq.
Parlament nümayəndə heyətinə Milli Məclisin komitə sədri Sadiq Qurbanov, Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı, deputat Əliabbas Salahzadə və digər şəxslər daxildir.
Ana səhifəyə qayıt
Oxunub: 206
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər