Sürücünü döydülər və... - Bakıda quldurluq
(14-04-2018, 13:33)

Aprelin 13-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini Ceyhun Novruzov saat 1 radələrində Zabrat qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobilinə yaxınlaşan 6 nəfər tanımadığı şəxsin Binəqədi qəsəbəsinə gedəcəklərini deməsi, etiraz etdikdə isə onu döyərək mobil telefonunu aldıqlarını bildirib.

Sürücünü döydülər və... - Bakıda quldurluq
Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, dərhal məlumatla əlaqədar Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxslər qısa zamanda müəyyən edilib. Görülmüş tədbirlərlə onlar “isti izlər”lə saxlanılıblar.

Araşdırmalarla onların Bakı şəhər sakinləri İlfat Qasımov, Elşad İsmayılov, Murad Muradov, Vasif Vəlizadə, əvvəllər məhkum olunmuş Orxan Vəlizadə və Füzuli rayon sakini Rəşad Əliyev olduqları müəyyən edilib.

Onların qəsəbə ərazisində digər “Mercedes” markalı avtomobilin sürücüsü Səxavət Piriyevə qarşı da eyni üsulla cinayət törətdikləri müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 345

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031