Bağırsağından 100 qram narkotika çıxdı
(14-04-2018, 12:11)

Bağırsağından 100 qram narkotika çıxdı
Azərbaycana narkotik gətirən şəxs saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində İrandan gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinədən keçirilib.

Nəticədə, vətəndaşın düz bağırsağında 4 ədəd bükümdə olmaqla, xalis çəkisi 99,869 qram narkotik vasitə - heroin və xalis çəkisi 31,686 qram psixotrop maddə - metamfetamin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 360

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031