Azər Rəcəbova ağır cəza verildi
(18-04-2023, 16:30)

Şəmkir Regional Mədəniyyət İdarəsinin keçmiş rəisi Azər Rəcəbova hökm oxunub.
Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Azər Rəcəbov 10 il 6 ay, həmin dövrdə mütəxəssis kimi çalışan Ələkbər Əliyev 3 il 6 ay və məsləhətçi kimi işləyən Seymur Səfərov isə şərti olmaqla iki il azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, Azər Rəcəbov, Ələkbər Əliyev və Seymur Səfərova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə, barələrində ötən ilin iyununda məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.
Ana səhifəyə qayıt
Oxunub: 149
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər