Dövlət Neft Fondunda YENİ TƏYİNAT - FOTO
(29-03-2023, 11:30)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) departamentlərdən birinə direktor təyin edilib.
Əli Sultanlı Neft kontraktları departamentinin direktoru təyin edilib. O, bu vəzifənin icrasına 2023-cü ilin martından başlayıb. 2022-ci ilin yanvarından bu departamentdə direktor müavini olmaqla bərabər direktorun vəzifəsini icra edirdi.
Ə.Sultanlı ARNDF-dəki karyerasına 2014-cü ildən başlayıb.
Qeyd edək ki, Ə.Sultanlı 2009-2012-ci illərdə London Royal Hallouey Universitetində biznesin idarə edilməsi və menecmenti ixtisası üzrə bakalavr, 2012-2013-cü illərdə London Kraliça Meri Universitetində bank və maliyyə ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
Hazırda ARDNF-in strukturunda 12 departament fəaliyyət göstərir.
Ana səhifəyə qayıt
Oxunub: 254
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər