Zəngəzurda şok gəlişmə: “Əhalinin evakuasiyasına hazırlıq gedir, səbəbi...”
(3-03-2023, 14:30)



Zəngəzurda əhali arasında evakusiya təlimləri keçirilir.

Bu barədə Ermənistanın "Hraparak" qəzeti yazır.

Nəşr bu durumun İran ətrafında yaranmış beynəlxalq gərginliklə əlaqəli olduğunu iddia edir:

"Sirr deyil ki, müharibədən sonra Sünik (Zəngəzur) beynəlxalq aktorların və strukturların diqqət mərkəzindədir, iki ilə yaxındır ki, müxtəlif səviyyəli rəsmilər, səfirlər bura gəlirlər, son vaxtlar isə BMT, UNICEF, Avropa Birliyi tərəfindən bölgədə "Fəlakət risklərinin idarə edilməsi" üzrə proqramlar həyata keçirilir.

Bu fəallıq Sünik sakinləri arasında narahatlıq yaradıb, şübhələr var ki, beynəlxalq ictimaiyyət Süniki yeni fəlakətə hazırlaşdırır".
Nəşr iddia edir ki, bölgədə 44 günlük müharibədən əvvəlki atmosfer hökm sürür:
"Sakinlər arasında o şübhələr dolaşır ki, region yeni qaçqın dalğasının qəbul edilməsinə hazırlaşdırılır. Ən optimistlər bu hazırlıqların Qarabağla deyil, İranla bağlı olduğuna inanmaq istəyirlər ki, yaxın gələcəkdə geosiyasi gərginlik səbəbindən Sünik iranlı qaçqınları öz damı altında qəbul edə bilər".
Qəzet Qərblə İran arasında mümkün hərbi toqquşmanın bu ölkədən kənara güclü qaçqın axınına səbəb olacağını bildirir.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 273

Xəbər lenti