Prezident Qırğızıstana gedir - Dövlətlərarası Şuranın ilk iclası keçiriləcək
(11-10-2022, 15:00)



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11-12 oktyabr tarixlərində Qırğızıstana dövlət səfəri edəcək.

Bu barədə Qırğızıstan mətbuatı məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov ikitərəfli əlaqələri müzakirə edəcəklər.

Vurğulanıb ki, ölkələrin liderləri ikitərəfli və çoxtərəfli əməkdaşlığa, həmçinin səmərəli əməkdaşlığın inşası və daha da inkişafının perspektivlərinə dair müxtəlif mövzularda müzakirə aparacaqlar. Səfər çərçivəsində Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi də planlaşdırılıb.

Azərbaycan Prezidentinin Qırğızıstana səfəri çərçivəsində Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Heydər Əliyev adına və Nizami Gəncəvi adına ümumtəhsil məktəbinin açılması nəzərdə tutulub.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 132

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930